WhatsApp Image 2021 03 08 at 17.51.00

 

ELXAN ŞAHİNOĞLU: “Bu, hələ ki, genişmiqyaslı müharibə olmasa da, ancaq hadisələrin inkişafı buna doğru gedir”

Ukrayna hadisələri haqqında, Azərbaycandan olan tanınmış politoloq Elxan Şahinoğlunun araz.az xəbər portalına da daxil olan açıqlamasında xüsusi olaraq o vurğulanır ki, azərbaycanlılar kimi, ukraynalılar da, öz ölkələrinin ərazi bütövlüyünü təmin etmək istəyirlər. Politoloq açıqlamasından o da məlum olur ki, qarşı tərəfdəki separatçı mənfur güclər isə, boş dayanmaq istəmir, hara gəldi atəş açmaqla, öz çirkin niyyətlərini bir daha ortaya qoymuş olurlar.

Elxan Şahinoğlunun dediklərinə görə, o, Ukrayna hadisələri barəsində daha geniş məlumat əldə etmək üçün, paytaxt Kiyedəki dostları ilə, o cümlədən, Ukrayna Xarici İşlər Nazirliyindəki diplomatlarla əlaqə saxlayıb: “Onlar Ukraynanın şərqində gərginliyin artdığını və atəşkəsin intensiv pozulması hallarının hər an böyük toqquşmalara keçə biləcəyini bildirdilər. Bu, hələ ki, genişmiqyaslı müharibə olmasa da, ancaq hadisələrin inkişafı buna doğru gedir”.
Elxan Şahinoğlu açıqlamasında onu da qeyd edib ki, Ukrayna ordusu son illər xeyli güclənib, ABŞ-dan modern texnika alınıb: “Paytaxt Kiyev bu ölkənin ərazi bütövlüyünü təmin etmək istəyir. Azərbaycan kimi, Ukraynanın da, buna haqqı var. Ancaq qarşı tərəf də boş dayanmayıb. Donbasdakı separatçılar hara gəldi atəş açır və bununla demək istəyirlər ki, müharibə başlasa, daha çox torpaq zəbt edəcəklər. Separatçılar Rusiyanın hərtərəfli dəstəyinə arxayındırlar. Öz növbəsində, Kreml də, Kiyevi hədələməkdə davam edir, müharibənin başlayacağı halda, Donbasın Rusiyaya birləşdiriləcəyi açıqlamalarını səsləndirir.
Azərbaycan Ukraynanın ərazi bütövlüyünə dəstək verməlidir. Rusiya amilindən çəkinmək lazım deyil. Bəziləri fikirləşə bilər ki, Ukraynaya dəstək versək, bu, Kremlin xətrinə dəyəcək və bizə, Dağlıq Qarabağda problem yaradacaq. Bu problem onsuz da var.Ukraynadakı hadisələrə gözümüzü yummaqla, Rusiyanın bizə dəstəyini artıracağını düşünürüksə, yanılırıq. Kiyev 44 günlük müharibə günlərində Azərbaycana hansı dəstəyi vermişdisə, Ukrayna XİN hansı dəstək bəyanatları yaymışdısa, Donbasda müharibə başlasa, eynisini Azərbaycan XİN səsləndirməlidir. Biz Rusiya ilə tərəfdaşlığın əleyhinə deyilik, ancaq müttəfiqlərimizi dəstəkdən də imtina edə bilmərik”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.