sahnazarov

 
Ermənistan və Azərbaycan iqtisadi sahədə əməkdaşlıq edərlərsə, onda gec-tez, yəqin ki, tez zamanda ümumi dil tapacaqlar. Birgə yaşayışın başqa yolu yoxdur. Revanş xəyalları isə tamamilə boş məşğuliyyətdir.

araz.az Report-a istinadən xəbər verir ki, bunu rusiyalı kinorejissor, ictimai xadim, “Mosfilm” kinokonserninin baş direktoru və idarə heyətinin sədri, Rusiyanın xalq artisti Karen Şahnazarov “Caliber.az”a müsahibəsində deyib.
“Erməni xalqı müharibədəki məğlubiyyəti ağrılı şəkildə qəbul etdi, bu, başadüşüləndir. Ancaq buna dözmək lazımdır… Cəmiyyətin bir hissəsinin revanşist əhval-ruhiyyədə olduğu aydındır. Yəni “gücümüzü toplayıb yeni müharibəyə başlayacağıq” düşüncəsindədirlər. Fikrimcə, bu, tamamilə çıxılmaz bir yoldur. Ancaq mənə elə gəlir ki, ermənilərin əksəriyyəti buna meyilli deyil. Əməkdaşlıq üçün imkan tapmaq lazımdır”, – o bildirib.
“Ümumilikdə bunu Bəyanatı (10 noyabr) imzalayan Azərbaycan Prezidenti İlham Əliyevin böyük xidməti hesab edirəm. Axı Bakının əlində çoxlu “kartlar” var idi, lakin ən müdrik və düzgün seçim edildi”, – Karen Şahnazarov söyləyib.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/gUQLgK7bKOE’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

 

 

araz.az

 

araz.az xəbər portalı.