qezzafi e1615460721657

Bir neçə il sonra dünyanı dəhşətli pandemiyanın əhatə edəcəyini iddia edən dünya liderlərindən biri də Liviyanın son legitim rəhbəri Müəmmar Qəzzafi olub.

araz.az  Axar.az-a istinadla xəbər verir ki, onun hələ 12 il öncə BMT-nin 64-cü Baş Assambleyasında etdiyi çıxış zamanı səsləndirdiyi fikirlər insanlar arasında koronavirusun bir növ erkən ismarışı kimi qiymətləndirilib.

“Virusları özləri yaradıb, sizə peyvəndini satacaqlar. Daha sonra bir həll yolu tapmaq üçün zamana ehtiyac olduğunu iddia edəcəklər, halbuki bunu etmək üçün kifayət qədər vaxtları olacaq”, – Qəzzafi demişdi.

Qəzzafi donuz qripi kimi tanınan H1N1 virusuna dair də öz fikirlərini bildirmişdi:

“Böyük ehtimalla laboratoriyanın nəzarəti altında yaradılan H1N1 virusu öncədən hərbi silah qismində düşünülüb”.

Bəzi şərhçilər keçmiş prezidentin tam olaraq bu fikirlərinə görə öldürüldüyünə dair nəzəriyyələr irəli sürürlər. Siyasətçinin gələcəyi proqnozlaşdırmaq üçün “kifayət qədər beyinə sahib olmadığını” düşünənlər də var idi.

Şərhçilərin digər qismi isə vurğulayır ki, Qəzzafi sağ qalsaydı, daha sensasion açıqlama və faktlar təqdim edərdi.

araz.az xəbər portalı.