image 750x 6049ee10efde1 1“Ağstafanın 35 yaşlı icra başçısı həyat yoldaşına 350 min manatlıq avtomobil alaraq hədiyyə edib. Keçən il də Qazaxın icra başçısı özünə 250 minlik maşın almışdı…

SNN NEWS.AZ xəbər verir ki, bunu AJB-nin üzvü, araşdırmaçı-yazar Tural İrfan öz sosial hesabında yazıb.

Tural İrfan qeyd edib: 

“Dağıdan dağıdanın, talayan talayanındır. Yağmalayırlar bu dövləti, xalqı, ölkəni. Bir canavar sürüyə girəndə uzaq başı 5 qoyun məhv edib 1000 manat ziyan vura bilər. Amma bir məmur bir idarəyə rəhbər gedəndə milyardlarla ziyan vurur, minlərlə adamın ruhunu, həyatını, taleyini parçalayır. Demək məmurlar ac canavardan daha təhlükəlidir. Vəzifəli şəxslərin törətdiyi cinayətlərə görə qanuna güllələnmə hökmü əlavə edilmədikcə bu hal nəinki davam edəcək, hələ daha da intensivləşəcək.”

Əlavə olaraq qeyd edək ki, Modern.az XP-nın verdiyi məlumata görə Seymur Vaqif oğlu Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə keçən il May ayının 21-də təyin edilib. 

Seymur Orucovun dosyesini təqdim edirik:

Seymur Vaqif oğlu Orucov 1984-cü il oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub.

2001-ci ildə Əli Bayramlı şəhərində orta təhsilini bitirərək, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub.

2005-ci ildə İqtisad Universitetinin bakalavr pilləsini bitirərək, Maliyyə-kredit ixtisası üzrə magistratura pilləsinə daxil olub. 2007-ci ildə magistraturanı bitirib.

Elə həmin ildən kafedranın aspirantı və müəllimi olub.

2006-06.2009-cu illərdə İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri olub.

2010-cu ildə “Dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi istiqamətləri” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb.

2010-cu ildə Azərbaycan Prezidentinin sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif edilib.

2009-2011-ci illərdə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb.

4 aprel 2011-ci ildə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilib.

29 yanvar 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilib.

Ailəlidir.

Seymur Orucov YAP-ın Səbail rayon təşkilatının sədri, Dövlət İqtisad Universitetinin sabiq rektoru, keçmiş deputat Şəmsəddin Hacıyevin kürəkənidir.

araz.az xəbər portalı.