Britaniyanın “HALO Trust” şirkəti Qarabağda minalanmış ərazilərin xəritəsini Türkiyə xüsusi xidmət orqanlarına verib. Bu da 44 günlük müharibədə Azərbaycan Ordusunun minalanmış müdafiə sahələrini uğurla keçmələrinə şərait yaradıb.
araz.az Axar.az-a istinadən xəbər verir ki, belə bir iddia ilə keçmiş və qondarma “dqr”in separatçı-terrorçularından biri olan Boris Avakyan çıxış edib.
Erməni mətbuatına açıqlamasında öz miskin məğlubiyyətlərini ört-basdır etmə və işğalçı-faşist niyyətlərini davam etdirmək üçün əzilmiş ruhlarını bərpa etmə yolları arayan separatçı-terrorçu töküntüsü deyib ki, “etibarlı mənbələr”dən əldə etdiyi məlumata görə, ərazilərin minalardan təmizlənməsi ilə məşğul olan Britaniyanın “HALO Trust” şirkəti erməni tərəfindən aldığı minalanmış ərazilərin xəritəsini Türkiyə xüsusi xidmət orqanlarına verib.
“HALO Trust” şirkəti isə Qarabağdakı minalanmış ərazilərin xəritəsinin Türkiyəyə verməsilə bağlı iddiaları təkzib edib. Şirkət hətta bununla bağlı rəsmi bəyanat da yayıb. Bəyanatda qeyd edilib ki, minalanmış ərazilərin xəritəsini şirkət nə müharibədən əvvəl kiməsə verib, nə də müharibə zamanı:
“HALO Trust” 20 ildən çoxdur ki, Qarabağda çalışır və yerli sakinlərin təhlükəsiz yaşaması üçüm əlindən gələni edir. “HALO Trust” məhz qeyri-siyasi və neytral şirkət olduğu üçün dünyanın müxtəlif münaqişə ocaqlarında fəaliyyət göstərə bilir. Bu iddia tamamilə yalandır”.
araz.az
araz.az xəbər portalı.