Xəbər verdiyimiz kimi, Azərbaycanda 10 mart tarixində koronavirusa 515 yeni yoluxma faktı qeydə alınıb. Sosial şəbəkələrdə insanlar koronavirusa görə ayın 15-dən yenidən qapadılmanın olacağını deyirlər. Bununla yanaşı mütəxəssislər də bu ayda yenidən sərt karantinin olacağını bildirirlər. Müzakirə mövzusu isə qapadılmanın tarixi ilə bağlıdır.
araz.az xəbər verir ki, bununla bağlı sonxeber.az-a AHİB- nin üzvü, dosent Ədalət Rüstəm açıqlama verib.
Həkim qapadılmanın zəruriliyindən danışıb: “Hesab edirəm ki, çox böyük ehtimal bayram günləri ərəfəsində iki həftəlik sərt karantin rejimi tətbiq edilə bilər. Təxminən ayın 17-dən ayın axırınadək qapadılmaya gedilə bilər. Vaxtın uzadılacağından danışdıqda isə deyə bilərəm ki, bu proses uzadıla da bilər”.
araz.az xəbər portalı.