zaxarova-800x445.jpg

Rusiya casus böhranında aktivlik nümayiş etdirərək rusiyalı diplomatların ölkədən çıxarılması kimi “cəza tədbirlərinə” qoşulmayacağını bildirən Türkiyəyə mesaj verib.

Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova bir çox ölkənin əksinə olaraq, Türkiyənin fərqli davrandığını bildirərək: “Bu, məsuliyyətli bir davranış idi” ifadəsini işlədib.

Rusiyaya qarşı diplomat böhranına qoşulan ölkələrlə bağlı danışan Zaxarova “Onlar London və Vaşinqtonun təzyiqlərinə böyün əyərək böyük səhvə yol verdilər”,- deyib.

Xatırladaq ki, keçmiş rusiyalı casus Sergey Skripal və qızı Britaniyada zəhərləndikdən sonra rəsmi Moskvaya qarşı sərt tədbirlər görülür. İlk mərhələdə bir çox ölkələr rusiyalı diplamatları “arzuedilməz şəxs” elan edib.

araz.az xəbər portalı.