elxan123

“Azərbaycanın müharibədən sonra təkbaşına və Türkiyə ilə birgə hərbi təlimlərinin sayını artırması doğru strategiyadır. Bu Ermənistanı məcbur edir ki, onun da ordusu buna hansısa formada reksiya versin, hərbi təlimə maliyyə ayırsın, məhdud hərbi sursatlarını istifadə etsin”.

 

araz.azın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu deyib.

 

E.Şahinoğlunun sözlərinə görə, müharibədən əvvəl erməni rəsmilər və generallar özlərindən razı halda deyirdilər ki, Ermənistanın hərbi büdcəsi Azərbaycanın hərbi büdcəsindən az olsa da, guya keyfiyyətdə üstündürlər: “Gördük Ermənistan ordusunun “keyfiyyətini”. İndi ermənilər özləri də başa düşürlər ki, onlara yalan danışıblar, orduda keyfiyyətdən danışmağa dəyməz. Belə olan halda Ermənistanın ordu rəhbərliyi hərbi təlimlər məsələsində Azərbaycan ordusu ilə ayaqlaşmağa çalışmalıdır, əks halda erməni cəmiyyəti hakimiyyətdən “Azərbaycan ordusu az qala hər ay təlim keçirir, bəs bizim ordu niyə keçirmir, sabah yenə müharibə başlasa nə edəcəyik?” sualını ünvanlayacaq. Ermənistan hakimiyyəti və ordu rəhbərliyi bu sualdan canlarını qurtarmaq məqsədilə gözə kül üfürmək üçün bir neçə minlik hərbçinin kağız üzərində “təlimini” keçirmək məcburiyyətindədirlər

araz.az xəbər portalı.

araz.az xəbər portalı.