donbass war

Donbasda gərginlik mümkündür. Belə gözlənti hər qışın sonunda olub.

araz.az  Axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın işğal edilmiş ərazilər üzrə nazir müavini Yuri Qrımçak deyib. O, Ukrayna ordusunun bütün provokasiyalara cavab verəcəyini bildirib:

“Bu gün Rusiya həm daxili, həm xarici vəziyyət baxımından elə də yaxşı durumda deyil. Bir neçə həftə əvvəl hesab edirdim ki, gərginləşmə böyük ehtimalla olmayacaq, çünki Rusiya “Şimal axını 2” işə salınmazdan öncə buna getməyəcək. Bu gün isə onlar artıq anlayırlar ki, bu layihə böyük ehtimalla işləməyəcək. Rusiya hökumətinə daxildə dəstək böyükdür, amma azalır. Payızda isə Dumaya seçkidir. Ona görə də əhalinin diqqətini soyuducudan televizora yönləndirmək və ona ətrafında ancaq düşmənlər olduğu üçün lider və onun partiyası ətrafında birləşmək lazım gəldiyini başa salmaq gərəkdir. Ona görə də düşünürəm ki, ordu havalar istiləşəndə provokasiyalara hazırlaşmalıdır”.

Qrımçak Rusiyaya sanksiyaların gücləndiyini və buna görə də ölkə daxilində gərginliyin artdığını deyib:

“Mən bir neçə gün Rusiya televiziyalarına baxdım. Onlar əhalini maliyyə, qida problemlərinin sürətli dərinləşməsinə hazırlayırlar. Yəni Rusiyanın xüsusilə Donbasla bağlı yatırımlarını artırmaması üçün heç bir səbəbi yoxdur. Bunu gözləmək lazımdır. Onlar bu “respublikaları” Ukraynaya özlərinin şərtləri əsasında birləşdirmək planlarının baş tutmayacağını anlasalar, gərginləşmə yolunu seçəcəklər. Hətta öz hərbçilərinin Donbas ərazisinə rəsmi şəkildə yeridilməsi də mümkündür. Onlar bu haqda rəsmən bəyan edirlər. Onlar açıq şəkildə eskalasiyanın dayandırılması üçün Rusiya sülhməramlılarının yeridilməsindən bəhs edirlər. Yəni Osetiya, Abxaziya və Dnestryanının təkrarını istəyirlər”.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/6HgA05SKrYc’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

 

 

araz.az

araz.az xəbər portalı.