tur 696x464

“Ata Abdullayev fiquru fərqli yanaşma tələb edən bir obrazdır. Kimlərinsə himayədarlığı ilə əldə edilən imtiyazlar kimlərinsə qəzəbi sayəsində bir günün içərisində məhv ola bilir”.

araz.az xəbər verir ki, Bu fikirləri bloger kimi tanınan Ata Abdullayevin hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasına münasibət bildirən “Ağ Partiya” sədri Tural Abbaslı KONKRET.az-a açıqlamasında səsləndirib. O bildirib ki, əgər ictimai status insanın özünün fəaliyyətindən yox, kimlərinsə əhval-ruhiyyəsindən və şəxsi münasibətindən asılıdırsa, o zaman böyük problemlər yaranır: “Yəni həmin o kimlərinsə qəzəblənməsi və fikir dəyişməsi şəxsin toxunulmazlığının sonunu yaxınlaşdıra bilər. Sadə dildə desək, Ata Abdullayevə qeyri-rəsmi güc verən dairələr bu gün onun sıradan çıxmasını istədilər və bu baş verdi. Baş verənlər dünənə qədər bu adamı himayə edənlərin qəzəblənməsinin nəticəsidir. Adi bir haldır və məsələlərin aydınlaşmasına ehtiyac var”.

araz.az xəbər portalı.