840577

Qarabağdakı separatçı erməni rejiminin qondarma “müdafiə ordusu” komandanı Mikael Arzumanyan guya “yerli erməni sakinlərin təhlükəsizliyi” səbəbi ilə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsindən keçən yolda nəzarət postları qurub. Azərbaycan dövləti dərhal yolun açılmasını tələb edib.

araz.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Politik.am nəşri yazıb.

Saytın Xankəndindəki mənbələrindən alınan məlumata görə, Rusiya sülhməramlı qüvvələrinin komandanı general Rustam Muradov, separatçı başçı Araik Arutyunyan, və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yüksək rütbəli nümayəndəsi Mikael Arzumanyandan Azərbaycan ordusunun Şuşa istiqamətinə keçməsi üçün yolun açılmasını tələb edib. Bundan sonra erməni hərbçiləri həmin yoldan çıxarılıb.

Xəbər yayıldıqdan az sonra Araikin mətbuat katibi Lusine Avenisyan Sputnik.am-a açıqlamasında məlumatı təkzib edib.

 

 

araz.az

araz.az xəbər portalı.