bandicam 2021 03 14 12 10 04 941

Demokrat.az xəbər verir ki, Səbail rayon Məhkəməsinin qərarı ilə istintaq orqanının təqdimatı təmin olunub və Ata Abdullayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılıb. 

O məmurları şantaj edərək külli miqdarda pul tələb edirmiş. 

Ata Abdullayev çoxsaylı şikayətlər əsasında iş başında tutulub.

İstintaq orqanı tərəfindən Ata Abdullayevin barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan olunub.

Fariz Məlikli
Demokrat.az

araz.az xəbər portalı.