aslan12

Dünən hakimiyyətin Qarabağa təşkil etdiyi səfər çərçivəsində həyatımda ilk dəfə Ağdamda oldum. Ağdam haqqında həmişə Qarabağın ən varlı, inkişaf etmiş, müharibə dövrü işğalçılara qarşı çox fəal iştirak etmiş, insanların dəbdəbəli evlərdə yaşadığı məkan olduğunu eşitmişdim.

Şanlı Qələbəmizdən sonra Ağdamın dağıdıldığını əks etdirən foto-video materialları mən də görmüşdüm. Ancaq bu dəfə öz gözlərimlə gördüklərim insanın təsəvvür edə bilməyəcəyi səhnə idi. Hələ 1980-ci ildə ilk dəfə Şərqi Almaniyanın Drezden şəhərində olanda İkinci Dünya Müharibəsindən sonra saxlanmış dağıntıları görüb insan vəhşiliyindən dəhşətə gəlmişdim. Bu dəfə gördüklərim daha dəhşətli idi. Həm də bu dəfə gördüyüm məkanda Drezdendə olan kimi qanlı döyüşlər getməmişdi. “Ermənilər bombalanmamış şəhəri xarabazara çevirmişlər” ifadəsi də gördüklərimi tam ifadə etmir. Bu torpaq işğal etmək istəyənlərin yox, daşından da qisas almaq istəyən qanlı düşmənlərin hərəkətidir və bunu heç vaxt unutmamalıyıq. Bütün şəhər yerlə yeksan edilib, məscidin yaxın ətrafında yerləşən inzibati binalardan əsər-əlamət belə qalmayıb. Bu vəhşilər hər yeri tək dağıtmayıblar, dağıdandan sonra həm də sözün həqiq mənasında şumlayıblar. Ona görə ən azından şəhərin mərkəzini olduğu kimi saxlayıb min illər boyu gələcək nəsillərə göstərməliyik ki, hansı vəhşi, faşist, bizə nifrət edən düşmənlə qonşu olduğumuzu görüb bu günə qədər nəsillərimizin yaddaşsızlığının nəticələrini unutmasınlar. Məni tanıyanlar düşmənçilik, qisasçılıq hisslərindən tam uzaq olduğumu bilirlər. İlk dəfədir ki, içimdə sanki bir nifrət, qisas hissi oyandı.

Hamımız bilməliyik ki, bu xalqdan bizə heç vaxt dost olmayacaq və bizə ermənilərlə dostluq hissləri aşılamaq istəyənləri Ağdama aparıb bu vəhşilərin etdiklərini göstərmək lazımdır. Bu barədə danışmaq, çığırmaq lazım deyil, bunu sadəcə bilmək, bilməyənlərə isə göstərmək lazımdır. Heç vaxt unutmamalıyıq ki, bunlar kinli düşməndirlər və imkan düşən kimi yenə eyni addımları atacaqlar. 1905, 1918-ci il qırğınlarını, 1948, 1988 və sonrakı illər bizləri öz doğma torpaqlarımızdan necə didərgin saldıqlarını həmişə öz balalarımıza deməliyik ki, heç vaxt düşmənlərini unutmasınlar. Bu gün peyda olan sülhpərvər, mülayim ermənilərin nağıllarına da inanmayın. Hər belə bir mülayim, mehriban sülhpərvərin içində bir qisas hissi ilə yaşayan hiyləgər faşist erməninin gizləndiyini unutmamalıyıq. Onların bir neçəsinin xeyirxah çıxışlarını mən də dinləmişəm və həmin sızlamanın arxasında necə məkrli, hiyləgər bir niyyətin olduğunu görmüşəm. Bu günlərdə elə birinin uzun-uzadı dostluq nağıllarını dinlədim və az qala elə mən də inanmışdım. Ancaq bir yerdə çox ehmalcasına bir fikir vurğuladı ki, biz Xocalı, Sumqayıt soyqırımını heç birimiz, heç vaxt unutmamalıyıq. Bəli, bu yazıq erməni bilərəkdən bizim yaddaşsızlığımızdan, yumşaqlığımızdan istifadə edib özlərinin təşkil etdikləri Sumqayıt hadisələrini çox məharətlə Xocalı soyqırımı ilə eyniləşdirdi. Ona görə də biz heç nəyi, heç vaxt unutmamalıyıq! Buna yol vermək olmaz!

Aslan İSMAYILOV,

Hüquqşünas

araz.az xəbər portalı.