image 750x 604c857db2f63

Azərbaycanda problemli kreditlərin sayı kifayət qədər çoxdur. Ödəmə qabiliyyətini itirmiş vətəndaşlara banklar təziq edir. Bir çox hallarda gecikdirilmiş borclara görə, iş məhkəməyə verilir. Məhkəmə Qərarlarının İcrası və Probasiya şöbəsi isə, əlavə haqq tələb edir. İkiqat yüklənmiş vətəndaş isə çıxılmaz vəziyyətdə qalır. Hətta məhkəmədən tez-tez vətəndaşlara zəng olunub həbs barədə hədə qorxuları da olunur. Belə hallar artıq demək olar ki, artıb və bu barədə sosial şəbəklərdə də paylaşımlar olunur.

araz.az bildirir ki, mövzu ilə bağlı danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyir ki, əgər məhkəmə faizi, gecikmiş məbləği tələb edirsə, buna qanunsuzluq deyə bilmərik:

“Məhkəmə belə qərar verəndə, ədalət prinsipinə, humanizm prinsipinə söykənməlidir. Əgər vətəndaş əsas borcu ödəyə bilmirsə, əlavə faizi necə ödəsin. Məhkəmə işə baxarkən araşdırmalıdır, vətəndaşın borcu varmı, vaxtında ödənmilirmi, ya yox. Əslində, qanunda cərimə ona görə nəzərdə tutulub ki, vətəndaşın pulu ola-ola ödənişdən yayınmasın. Əgər vətəndaş bilsə ki, ona cərimə tətbiq olunmayacaq, o zaman borcu da ödəməz. Bu baxımdan əsas məsələ məhkəmə yox, icra məmurlarıdır”.

Ekspert bildirir ki, məhkəmin işi borcu, faizi xatırlatmaqdır. Amma icra məmurları araşdırmalıdır, vətəndaşın gücü çatırmı, ödəniş etməyə, ya yox. Hətta məlum olsa ki, ödəniş edə bilmir, o zaman borc silinməlidir. Sivil dünyada belədir. Bizim də qanunvericilik dolayı yolla bunu diqtə edir. Amma bizdə icra məmurları vətəndaşın başına oyun açır, xaricə çıxmasına “stop” qoyur. Bəzən isə çağırtdırıb həbs etdirir. İcra məmurları da bunu bəzən edir, bəzən yox. Burada nə maraqları var, o maraqlıdır. Azərbaycanda icra məmurlarının ən çox canfəşanlıq etikləri borc sələmçilərə olan borclardır. Buna bu qədər marağın olması bizim üçün də maraqlı olaraq qalır”.

 

 

araz.az

araz.az xəbər portalı.