Banqladeşdəki islamçı qruplar uyğur müsəlmanlarına edilən zülmə görə, Çin ilə əlaqələrin kəsilməsini tələb edir.
araz.az xarici KİV-ə istinadla xəbər verir ki, Banqladeşdəki bir neçə islamçı qrupun lideri Çinin uyğur müsəlmanlarına edilən zülmə son qoyulmadığı halda, Çin mallarını boykot etməyə çağırıb. Dakkadakı Baytul-Mukarram Milli Məscidinin şimal qapısı önündə ötən cümə keçirilən etiraz mitinqində çıxış edən Banqladeşdəki ictimai xidmət hərəkatının sədri, müfti Fəxrul İslam, Çin hökumətini ölkədəki uyğur müsəlmanlarına qarşı zülmü dayandırılmazsa, dünya müsəlmanlarının susmayacağını bəyan edib. Etirazçılar zərurən yarandığı təqdirdə Çin səfirinin Banqladeşdən çıxarılmasını da tələb edib. İslamçı qruplar hökumətin Çin ilə diplomatik əlaqələrini kəsməli olduğunu deyib: “Hökumət Çin səfirini dəvət edərək ona xəbərdarlıq etməli, ölkəsinin uyğur müsəlmanlarına qarşı zülmü dayandırmağa kömək göstərməlidir. Müsəlmanlara edilən zülm dayandırılmazsa, Çin vətəndaşları Banqladeşə girmək üçün icazə alacaq”. Xilafət Hərəkatının baş katibi Əlhac Əzəm Xan, Çin hökumətinin uzun zamandır uyğur müsəlmanlarını təqib etdiyini deyib. O, dünyadakı bütün demokratiyaları Çin hökumətinə qarşı vahid bir hərəkat qurmağa çağırıb. Əlhac Əzəm Xan çıxışında deyib ki, Çinin hökumətinin 2014-cü ildən bəri Sincan Uyğur Muxtar Bölgəsi və ətrafındakı əksər müsəlman etnik uyğurları və digər azlıqları əzmək üçün soyqırım poqromu həyata keçirir. \turkustan.info/
araz.az xəbər portalı.