Ermənistanın baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın yaxın dostu, Vayots Dzor bölgəsinin qubernator müavini vəzifəsində çalışan Arayik Muradyanı vəzifəsindən azad edib.
araz.az Publika.az-a istinadən xəbər verir ki, onun hansı səbəbdən işdən çıxarıldığı açıqlanmasa da, Muradyanın baş nazirin istefasını tələb edən Qasparyana dəstək olduğu və onu müdafiə etdiyi bildirilib.
Arayik Muradyan 29 oktyabr 2020-ci ildə baş nazirin seçimi ilə vəzifəyə təyin olunmuşdu.
Xatırladaq ki, Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan bir neçə gün əvvəl vəzifəsindən azad edilib.
araz.az
araz.az xəbər portalı.