Xəbər verdiyimiz kimi, bu gün mətbuatda Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının müavini Fidumə Məmmədəli qızı Hüseynovanın öz ərizəsi əsasında işdən azad olunduğu barədə məlumat yayılıb.
araz.az xəbər verir ki, Fidumə Hüseynovanın 6 aprel 2005-ci il tarixindən Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini vəzifəsini icra edir.
Bundan əvvəl – 3 iyul 2003-cü ildən 6 aprel 2005-ci ilədək Bakının Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı işləyib.
1959-cu ildə Naxçıvan Muxtar Respublikasında anadan Fidumə Hüseynova Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun yaxın kadrı hesab olunurdu. Hacıbala Abutalıbov Suraxanı rayon İcra Hakimiyyətinin başçısı olduğu zaman Fidumə Hüseynova Hüseynova Suraxanı Rayon Təhsil şöbəsinin müdiri olub.
Fidumə Hüseynova Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini olmaqla yanaşı, həm də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, eləcə də Azərbaycan Respublikası Turizm Şurasının üzvü kimi də fəaliyyət göstərir. 18 mart 2000-ci il tarixində Əməkdar Müəllim adına layiq görülüb.\yeniavaz.com/
araz.az xəbər portalı.