Baş prokuror vəzifəsi istənilən bir dövlətdə çox yüksək vəzifədir. Müstəqillik tariximizdə 4 Baş prokuror olub.
Birinci Baş prokurorumuz İxtiyar Şirinov olub. Onu Surət Hüseynov Gəncədə döyüb zirzəmiyə salmışdı.
İkinci Baş prokurorumuz Əli Ömərov olub. Onunla bağlı rüsvayçılıq isə hamıya bəllidir.
Üçüncü Baş prokurorumuz ( 1995-2000-ci illər ) Eldar Həsənov hazırda məhbus həyatı yaşayır.
Dördüncü Baş prokurorumuz ( 2000-2020-ci illər ) Zakir Qaralov isə hazırda evində oturub nəsə gözləyir.
Təsəvvür edirsiniz bu adam 20 il Baş prokuror olub.
Zakir Qaralovdan əvvəlki Baş prokurorların başına gələnləri qeyd etdik.
Görək, Zakir Qaralovu nə gözləyir ?
Digər Baş prokurorlar çox az, 2-3 il, ən çoxu 4-5 il işləyiblər. Qaralov isə 20 il. Deməli, məntiqlə Qaralovun cəzası daha ağır olmalıdır.
Və Azərbaycan tarixində ən nüfuzsuz Baş prokuror Qaralov olub.
Qaralovun dövründə nə qədər qanunsuzluqlar baş verib, üstü açılmayan qətl hadisələri, rüşvət və korrupsiyanın tüğyan elədiyi dövr olub.
Bütün bunlar azmış kimi Zakir Qaralov Baş prokurorluqdakı kabinetini “Akkord” şirkətinin ofisi kimi istifadə edirdi.
Təsəvvür edirsiniz, Baş prokuror tikinti biznesi ilə məşğul olur və bunu gizlətmir də.
Zakir Qaralov Baş prokurorluqdan çox Akkord şirkətinin tikinti meydançalarında olur, haqq-hesabları yazır və ayın sonunda pulları qəbul edirdi.
Cənab Baş prokuror Beynəlxalq Bankdan götürdüyü təxminən 700 milyon manat vəsaiti hələ bu gün də geri qaytarmayıb. Buna görə, Qaralov qaynı ilə əlbəyaxa olublar.
Görəsən, Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyev məhkum həyatı yaşadığı halda, nə üçün banka 700 milyon borcu olan Baş prokuror asudə həyat sürür ?
Gundelik-baku.com-a daxil olan məlumata görə, Eldar Həsənovdan sonra növbə Zakir Qaralova çatacaq.. //Gundelik-baku.com//
araz.az xəbər portalı.