1615962250 870d0420 9e56 3771 9314 736f0efec662 850

“Bu günlərdə ölkə başçısı İlham Əliyev Tuğ kəndinə səfər edərkən kəndin ermənilər tərəfindən dağıdılan tarixi məktəb binasına da baş çəkib. Əsası 1885-ci ildə Azərbaycanın görkəmli mütəfəkkiri Mir Mehdi Xəzani tərəfindən qoyulmuş bu məktəbdə Qori Müəllimlər Seminariyasını bitirmiş tanınmış azərbaycanlı ziyalılar müəllimlik ediblər”.

araz.az Manevr.az-a istinadən xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev özünün feysbukdakı səhifəsində yazıb.

Nazir qeyd edib ki, 1978-ci ildə ümummilli lider Heydər Əliyevin qərarı ilə Tuğ kəndində 640 şagird yerlik 2 mərtəbəli müasir tipli məktəb binası inşa edilib: “Erməni işğalından sonra Tuğ kənd məktəbi bir müddət Bakı şəhərində fəaliyyət göstərib. Hazırda isə Beyləqan rayonunda fəaliyyətini davam etdirir. Paylaşdığım fotolarda Tuğ kənd məktəbinin 1978-ci ilədək fəaliyyət göstərdiyi tarixi binasının və erməni işğalı zamanı dağıntılara məruz qalmasından sonrakı görüntüləri əks olunub”.

araz.az

araz.az xəbər portalı.