koronavirus 7

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 933  yeni yoluxma faktı qeydə alınıb, 256 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

araz.az bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 243424 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 231894 nəfər müalicə olunaraq sağalıb, 3314 nəfər vəfat edib, aktiv xəstə sayı 8216 nəfərdir.

Ölkədə son sutka ərzində 10188, hazırkı dövrədək isə 2746681 test aparılıb. 

araz.az xəbər portalı.