Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev yeni müşavir təyin edib.
Müşavir Bayramov Rəşad Bayram oğlu KİV-lə kommunikasiya və ictimaiyyətlə əlaqələrin effektiv qurulması üzrə funksiyaları yerinə yetirəcək.
Qeyd edək ki, R. Bayramov əmək fəaliyyətinə 2001-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) KİV-lə əlaqələr və siyasi məsələlər üzrə köməkçi vəzifəsində başlayıb.
2004-cü ildən fəaliyyətini BP şirkətində davam etdirən R.Bayramov müxtəlif vəzifələrdə işləyib. 2011 – 2018-ci illərdə BP şirkətinin Xarici işlər şöbəsinin müdiri, 2018 – 2021-ci illərdə isə Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə transformasiya və modernləşdirmə şöbəsinin müdiri vəzifəsində çalışıb.
araz.az xəbər portalı.