Berlin İslam Əsərləri Muzeyinin yeni layihəsi olan “Tandem-sofa” onlayn görüşünün ilk qonağı Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova olub. Muzeydən araz.az-a daxil olan məlumata görə,
dünyanın müxtəlif ölkələrindən, xüsusilə Almaniyadan olan şərq xalçaları üzrə 70-ə yaxın mütəxəssisin, muzey işçilərinin qatıldığı Berlin-Bakı görüşünün moderatoru Piter Hayn öncə qonaqları təqdim edib.
İlk olaraq, Berlin İslam Əsərləri Muzeyinin direktoru Stefan Veber belə bir görüşün keçirilməsinin əhəmiyyətindən danışıb.
Şirin Məlikova çıxış edərək, XVII əsrə aid Şirvan qrupunun “Şamaxı” xalçası haqqında görüş iştirakçılarına məlumat verib. O, bu nadir saray xalçası nümunəsinin tarixi, üzərindəki naxışların semantikası barədə maraqlı faktları diqqətə çatdırıb.
Görüş zamanı çıxış edən Berlin İslam Əsərləri Muzeyinin xalça üzrə kuratoru Anna Beselinin isə, əməkdaşı olduğu muzeydə qorunub-saxlanılan “Şamaxı” xalçası, onun bərpası və tədqiqi haqqında ətraflı məlumat verib. O, hər iki muzeyin kolleksiyasında qorunan sənət nümunələrinin müqayisəli təhlilini aparıb.
Qeyd edək ki, İtaliyadan olan xalça eksperti və kolleksiyaçı Stefano İonesku, tanınmış xalça eksperti Alberto Boralevi, Almaniyanın Drezden Dövlət İncəsənət Kolleksiyasının parça, tikmə və geyim üzrə bərpaçı-mütəxəssisi Kristina Müller-Radloff və başqalarının qatıldığı Berlin-Bakı görüşü sual-cavabla davam etdirilib. İştirakçıların böyük maraq göstərdiyi görüşdə, Şirin xanım, Azərbaycan xalçaları ilə bağlı ona ünvanlanan çoxsaylı sualları cavablandırıb.
**
Директор Азербайджанского национального музея ковра Ширин Меликова стала первым гостем онлайн-встречи «Тандем-диван» – нового проекта Берлинского музея исламского искусства.
Петер Хайн, модератор встречи Берлин-Баку, представил гостей. На встрече присутствовало около 70 специалистов и музейных работников по восточным коврам со всего мира, в основном из Германии.
Директор Берлинского музея исламского искусства Стефан Вебер пояснил присутствующим важное значение этой встречи.
Ширин Меликова рассказала собравшимся о ковре «Шамаха» Ширванской группы XVII века, отметив ряд интересных фактов об истории этого уникального дворцового ковра и семантике его узоров.
Анна Беселин, куратор по коврам Берлинского музея исламского искусства, подробно рассказала о ковре «Шамаха», хранившимся в этом же музее, его реставрации и исследованиях. Она провела сравнительный анализ произведений искусства, хранящихся в собраниях обоих музеев.
Встреча Берлин-Баку продолжилась общением Ширин Меликовой с присутствующими, среди которых были итальянский эксперт по коврам и коллекционер Стефано Ионеску, известный эксперт по коврам Альберто Боралеви, специалист-реставратор по ткани, вышивке и одежде Государственного художественного собрания Дрездена (Германия) Кристина Мюллер-Радлофф и другие специалисты. На встрече, вызвавшей большой интерес у участников, Ширин Меликова ответила на многочисленные вопросы, касающиеся азербайджанских ковров.
**
Dr Shirin Melikova, Director of the Azerbaijan National Carpet Museum joined the first Tandem-Sofa / Berlin meets Baku online meeting.
Peter Heine was the moderator of the meeting. The platform brought together about 70 oriental carpet experts and museum workers from different countries.
Stefan Veber, Director of the Museum of Islamic Art, Berlin delivered a speech on the importance of hosting such a meeting. Dr Shirin Melikova delivered a presentation on the 17th-century Shamakhi carpet of the Shirvan carpet group preserved in the Azerbaijan National Carpet Museum collection. She outlined the interesting facts about this rare palace carpet’s history and its patterns’ semantics.
Anna Beselin, Curator and Restorer of Carpets at the Museum of Islamic Art, Berlin spoke in detail about the Shamakhi carpet preserved in the Museum of Islamic Art, its restoration and research. She held the comparative analysis of these two carpets stored in both museums.
Following, Dr Melikova conversed with Stefano Ionescu (Rome), carpet expert and collector from Italy, Alberto Boralevi, well-known carpet expert, Christine Müller-Radloff, Specialist-Restorer on Textile, Embroidery and Costumes at the Dresden State Art Collections, Germany, and answered participants’ questions about Azerbaijani carpets.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.