WhatsApp Image 2021 03 19 at 15.00.48“Nar”, “YAŞAT” Fondu və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə, şəhid ailələri və ağır yaralanan qazilər üçün həyata keçirilən aksiyaya qoşulub. “Nar”dan araz.az-a daxil olan məlumata görə, müxtəlif şirkətlərin dəstəyi ilə reallaşan bu aksiya çərçivəsində şəhid ailələri və tibb müəssisələrində yataq şəraitində müalicə alan ağır yaralı qazilərə Novruz sovqatlarının çatdırılması nəzərdə tutulur. Məqsəd, şəhid ailələri və qazilərin daim, o cümlədən Novruz bayramı ərəfəsində də diqqət mərkəzində saxlanılması, onların sosial qayğı ilə əhatə olunmasıdır.

Qeyd edək ki, 44 günlük Vətən Müharibəsi dövründə “Nar” cəbhə xətti ilə sərhəddə olan abunəçilərinə həmişə dəstək olub. Müharibədən sonra həm şəhid ailələrinə, həm də qazilərə xüsusi diqqətin göstərilməsi “Nar”ın sosial layihələrinin əsas istiqamətlərindən biridir.

Ümumiyyətlə, “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq, qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar”, ölkədə ilk dəfə olaraq, 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8700-dən artıq baza stansiyası ilə, 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

                                                                       ***

“Nar” совместно с Фондом «ЯШАТ» представляет новрузские подарки семьям шехидов и ветеранам войны

“Nar” присоединился к акции организованной совместно Фондом «ЯШАТ» и сетью супермаркетов “Bravo” для семей шехидов и тяжелораненых ветеранов войны. Так, в рамках акции, реализованной при поддержке различных компаний, планируется доставка новрузских подарков семьям шехидов и тяжелораненым ветеранам войны, которые получают лечение в медицинских учреждениях. Цель акции – окружить заботой и вниманием семьи шехидов и ветеранов, в том числе и накануне праздника Новруз.

Отметим, что во время 44-дневной войны “Nar” поддержал своих абонентов, находящихся в прифронтовой зоне. Одним из основных направлений социальных проектов “Nar” является уделение особого внимания как семьям шехидов, так и ветеранам войны.

Компания Azerfon (торговая марка “Nar”), начавшая свою деятельность 21 марта 2007 года, в течение короткого времени превратилась в одну из ведущих компаний на азербайджанском рынке телекоммуникаций и мобильной связи. “Nar” стал первым оператором в стране, представившим технологию 3G, а также широкий охват сети четвертого поколения (4G). Сегодня, “Nar” предоставляет более 2,3 миллионам своих абонентов услуги высокого качества, благодаря обширной сети, состоящей из более 8700 базовых станций.

                                                                     ***
“Nar” presents Novruz gifts to martyrs’ families and war veterans together with “YASHAT” Foundation

“Nar” joined the action for the families of martyrs and seriously injured veterans, jointly organized by the “YASHAT” Foundation and the Bravo supermarket chain. Supported by various companies, the action envisages to deliver Novruz gifts to the families of martyrs and veterans confined to bed at medical institutions. It aims to attach particular attention to the families of martyrs and veterans all the time, as well as on the eve of Novruz holiday, and to cover them with social care.

It should be noted that during the 44-day war, “Nar” supported its subscribers residing near the frontline. Paying special attention to the families of martyrs and veterans after the war is one of the major priorities of “Nar”s social projects.

“Azerfon” LLC (“Nar” trademark) started its operations on March 21, 2007, and within a short period of time became one of the leading companies of the telecommunications and mobile communication industry of Azerbaijan. Being the first operator in the country to introduce the 3G technology, “Nar” provides the customers with a wide 4G network coverage. With a large network of over 8700 base stations, “Nar” provides more than 2.3 million subscribers with the highest quality services.WhatsApp Image 2021 03 19 at 15.00.13

araz.az xəbər portalı.

araz.az xəbər portalı.