Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Novruz Bayramı münasibətilə xalqını təbrik edib.
araz.az xəbər verir ki, eks-prezident bu barədə özünün feysbuk səhifəsində paylaşım edib.
“Mənim əzizlərim, Sizi Novruz bayramı münasibəti ilə təbrik etmək istəyirəm… Ailələrinizə sülh və xoşbəxtlik arzulayıram.
Gürcüstanın bir çox vətəndaşı tərəfindən qeyd olunan bayram münasibətilə təbrik edirəm, çünki siz vətənimizin ayrılmaz hissəsisiniz və zəfərimiz, ağrımız və sevincimiz ortaqdır.
On bir il əvvəl, Novruz Bayramını ortaq bu günümüz və ortaq gələcəyimiz olduğuna işarə olaraq Gürcüstanın milli bayramı elan etdik.
Bu, daha yaxşı Gürcüstan uğrunda mübarizədə birlikdə olduğumuza bir işarədir.
Novruz Bayramı yeni bir günün, yeni bir həyatın bir qeydidir. İndi, əvvəllər heç olmadığı kimi, bizim vətənə bizim sadiqliyimiz lazımdır ki, Gürcüstanda yeni bir səhəri birgə açaq və bizim vətənə yeni bir həyat bəxş edək.
Sizi və ailənizi sevgi ilə təbrik edirəm.
Gürcüstanda görüşənədək”, – deyə Saakaşvili yazıb.
/Modern.az/
araz.az xəbər portalı.