manat e1615541567463

Azərbaycanın 59 rayonunda icbari tibbi xidmət tətbiq edilir. Aprelin 1-dən isə qalan bölgələrdə, o cümlədən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində icbari tibbi xidmətin tətbiqinə başlanılacaq.

Azerforum xəbər verir ki, bu günə qədər tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, həzm, sidik-cinsiyyət, tənəffüs, sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, habelə gözün və gözün əlavə aparatının xəstəlikləri, sinir sistemi xəstəlikləri, mamalıq və ginekologiya ilə bağlı olub.
İcbari tibbi sığorta vətəndaş tərəfindən tam ödənişsiz əldə olunması üçün tətbiq olunan sistemdir. Bu, tibb sektorunun yeni maliyyələşmə metodudur. Əvvəllər Azərbaycanda səhiyyə sistemi dövlət büdcəsindən maliyyələşirdi. İcbari tibbi sığorta sisteminin formalaşmasından sonra tibb müəssisələri ödənişləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) və digər mənbələrdən əldə edir. Bu sistemin tətbiqi həm də maliyyə məhdudiyyətinin qarşısının alınması və tibb sektorunu daha yaxşı inkişafa motivasiya etmək üçün hesablanıb. Məqsəd tibbi xidmətləri vətəndaşlar üçün əlçatan etməkdir.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində aprelin 1-dən tətbiq olunacaq icbari tibbi xidmət zamanı vətəndaşların istifadə edə biləcəyi xidmətlərin bir hissəsini təqdim edirik:
Yoluxucu xəstəliklər mənbəyində xəstə ilə təmasda olan şəxslər arasında profilaktik müayinələrin aparılması və/və ya ehtiyac yaranarsa, müvafiq ixtisas həkiminə göndərişlərin verilməsi
Uroloqun müayinəsi USM ilə
Ginekoloqun müayinəsi USM ilə
Göz yaşı kanalının açılması, uşaqlarda
Doğuşa əllə yardım – Normal doğuş
Klassik qeysəriyyə kəsiyi əməliyyatı (qeysəriyyə kəsiyi əməliyyatı və dölün çıxarılması)
Epilepsiya əməliyyatı materialı müayinəsi
Onurğa beyni strukturlarında digər bərpa xarakterli və plastik əməliyyatlar
Qaraciyər koması ilə ağırlaşan A hepatiti
Qaraciyər koması baş vermədən müşayiət olunan delta-amilli (koinfeksiya) kəskin B hepatiti
Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi
Fəqərə sınığının bərpası (osteosintez)
İnsulindən asılı şəkərli diabet, koma ilə
Yumurtalıqlarda aparılan diaqnostik prosedurlar (diaqnostik laparoskopiya)
Sünnət
Döl və yenidoğulmuşun, ananın alkoqollu içkilərdən istifadə etməsi ilə əlaqədar zədələnmələri
Ürək qapağı protezi ilə bağlı mexaniki mənşəli ağırlaşma
Uşaqlıq, gənclik və presenil katarakta

araz.az

araz.az xəbər portalı.