gulleledi

Şəmkirdə intihar hadisəsi baş verib.

araz.az xəbər verir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.
Kənd sakini, 17 yaşlı Əhmədov Vüqar Adil oğlunun güllə yarasından öldüyü ehtimal edilən meyti tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Məlumata görə, 17 yaşlı gənc özünü güllələyib. Faktla bağlı araşdırma aparılır. /Modern.az/

araz.az xəbər portalı.