araz.az xəbər verir ki, Adətən bayram ərəfəsində və bayram günlərində bölgələrə taksiylə sərnişin daşınmasında qiymət artımı müşahidə edilirdi. Taksi fəaliyyəti ilə məşğul olanların sözlərinə görə, bu il Novruz Bayramı günündə qiymətlər dəyişməyib. Sürücülər bunu sərnişinlərin azlığı ilə əlaqələndirirlər.
Taksi sürücüləri deyirlər ki, bu il vətəndaşlar bayramdan 4-5 gün əvvəl rayonlara üz tutublar. Buna səbəb də ölkədə sərt karantin rejiminin tətbiq edilməsi ehtimalı olub.
Sərnişinlər də qiymətlərin dəyişmədiyini söyləyiblər.
araz.az xəbər portalı.