Novruz bayramı münasibətilə şəhid, qazi və veteran ailələri ziyarət olunub.
Bu barədə məlumatı Lent.az-a “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib.
Ekspert bildirib ki, hər il şəhid, qazi və veteran ailələri ziyarət olunur. Onun sözlərinə görə, bu ziyarətlər həmin ailələrin problemlərini öyrənmək baxımından böyük əhəmiyyətə malikdir:
Himnimizin sözlərində deyildiyi kimi, “Hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu”. Şəhidlərimiz də öz canlarından, yaşamaq hüquqlarından keçərək, vətənimizin bütövlüyü uğrunda vuruşdular. Şəhid, veteran və qazi ailələrinin ziyarət olunması, onlara qayğı göstərilməsi çox böyük əhəmiyyətə malikdir. Bu, həm də gənc nəslə şəhidlərimizi unutdurmamaq üçün vacibdir. Ümid edirəm ki, digər dövlət qurumları da bu prosesə qoşulacaq və həmin ailələrin problemlərini həll etmək üçün səy göstərəcəklər”.
Emin Həsənli, onu da bildirib ki, Xidmət rəisi başda olmaqla Xidmətin əməkdaşları ilə Vətəndaş Cəmiyyəti üzvləri, KİV baş redaktorları, QHT sədrləri ilə birlikdə şəhid ailələrin ziyarət edirlər: “Bu da dövlət qurumlarının ilə vətəndaş cəmiyyətinin əməkdaşlığı baxımdan çox önəmlidir”.
araz.az xəbər portalı.