16164017212

Türkiyənin Kayseri vilayətində aralarında Azərbaycan vətəndaşları da olmaqla 13 xarici ölkə vətəndaşı qadını aldadaraq zorla fahişəliyə cəlb edən və 7 dil bilən B.Ö. adlı şəxs həbs olunub.

araz.az xəbər verir ki, Kayseri polisi B.Ö. və onun azərbaycanlı sevgilisi S.S.-in müxtəlif vədlərlə aldatdıqları Özbəkistan, Fələstin və Azərbaycan vətəndaşları olan 13 qadını Kayseriyə apararaq onları fahişəliyə cəlb etdiyini öyrənib. Polis əməliyyat keçirib və dörd ünvana eyni vaxtda edilən basqınla B.Ö., sevgilisi S.S., A.U və F.D. adlı şəxslər saxlanılıblar.

Onların fahişəliyə cəlb etdiyi 13 qadın isə ölkələrinə deportasiya edilmək üçün bölgə miqrasiya idarəsinə təslim edilib. Saxlanılan şəxslərin ifadələri alınıb və onlardan şəbəkə lideri B.Ö. barəsində həbs qərarı çıxarılıb. Həmin şəxsin ingilis, fransız, Azərbaycan, özbək, uyğur, ərəb və ivrit dillərində bildiyi müəyyənləşib. Saxlanılanlardan birinin barəsində ev dustaqlığı qərarı verilib, digər ikisi sərbəst buraxılıb. Məlumata görə, şəbəkə üzvləri yaxalanmamaq üçün social şəbəkələrdən istifadə etməyiblər.\virtualaz.org/

araz.az xəbər portalı.