erdogan

 
Xəbər verdiyimiz kimi “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu nəhayət Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də təsdiqlənib.
 
Sözügedən sənəd ötən ilin dekabrın 10-da imzalanıb. Fevralın 18-də Azərbaycan Prezidenti İlham Əliyev anlaşma memorandumunun təsdiq edilməsi barədə qanunu imzalayıb.
Görəsən, imzalanan bu memorandum hər iki ölkədə medianın inkişafına hansı töhfələr verəcək?
Məsələ ilə bağlı Sfera.az-a danışan Bakı Beynəlxalq Mulltikulturalizm Mərkəzinin şöbə müdiri, jurnalist Yadigar Məmmədlinin fikrincə, sözügedən sənəd tək Türkiyə ilə Azərbaycan deyil, ümumiyyətlə bütün türk dövlətləri arasında media və digər sahələrdə münasibətlərin möhkəmlənməsinə xüsusi töhfə verəcək:
“İki dövlət arasında münasibətlər bütün parametrlər üzrə əməkdaşlıq baxımından son illər daha sürətlə inkişaf edir. Bu media sahəsinə də aiddir. İki qardaş ölkə mediası arasında əməkdaşlığın genişlənməsi ona gətirib çıxaracaq ki, Azərbaycan mediası Türkiyə mediasının imkanlarından yararlanacaq. İlk növbədə onların peşəkarlığından yararlana bilərik. Birgə tədbir və təcrübələr də keçirilə bilər. Türkiyə mətbuatının dünya mətbuatında xüsusi yeri var. Qlobal media qurumlarının Türkiyədə nümayəndəlikləri fəaliyyət göstərir. Türkiyə onlara birbaşa çıxış əldə edib. Azərbaycan da bu imkanlardan istifadə edə bilər. Ölkəmizlə bağlı informasiyaların dünyaya yayılmasında Türkiyə mətbuatı unikal imkanlara malikdir. Bir sözlə, imzalanan memorandumdan həm Azərbaycan və Türkiyə mediası, həm də bütün digər türk dövlətləri qazanacaq. Bu addım türk dövlətləri arasında münasibətləri daha da möhkəmləndirəcək”.

araz.az xəbər portalı.