2009-cu ildə ABŞ-ın Seattle şəhərində maraqlı bir tədbirdə iştirak edirdim. Müzakirələr 2040-cı ildə dünyanı gözləyən təhlükələr ətrafında idi. Çıxış edən alimlərin, siyasətçilərin böyük əksəriyyəti yaxın illərdə dünyanın ən böyük probleminin içməli su olacağını dedilər.
araz.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, tədbirdə iştirak edənlərin biz neçəsi 21-ci əsrdə müharibələrin içməli, təmiz su uğrunda olacağını deyib:
“Bu gün dünyada 2,2 mlrd. insanın təmiz su resurslarına çıxışı ya yoxdur, ya da daimi deyil. Bu rəqəm 2030-cu ildə 3,5 mlrd. nəfərə qədər arta bilər.
Azərbaycan üçün də ən böyük problemlərdən biri şirin su resurslarının az olmasıdır. Torpaqlarımızın böyük bir hissəsinin işğaldan azad edilməsi su resurslarına çıxışı artırdı, amma bu, yetərli deyil. Cənubi Qafqazın ən az su resursu bizdədi, amma ən çox əhaliyə də Azərbaycan malikdir. Yaxın 20-30 ildə Azərbaycanın əhalisi Gürcüstan və Ermənistanın birgə əhali sayından 3 dəfə artıq ola bilər. Bu məsələ haqqında ciddi düşünmək lazımdır. Problemin həlli üçün indidən işlər görülməlidir. Bu işlər ağılla, hesabatlılıqla olmalıdır”.
araz.az
araz.az xəbər portalı.