Rəsmi Sofiya artıq “casus ovu”na son qoymalıdır.
araz.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Bolqarıstan hökumətinin rus diplomatları ölkədən qovmasına münasibət bildirərkən deyib.
O bildirib ki, diplomatik konvensiyaya uyğun olaraq, Rusiya cavab haqqını saxlayır:
“Bolqarıstan hökuməti son il yarımda 5-ci dəfə və yenə sübut təqdim etmədən bu cür addım atır. Sonuncu dəfə Bolqarıstan Baş Prokurorluğunun bir qrup əməkdaşının Rusiya üçün çalışdıqlarına dair iddialar irəli sürüldü. Rus diplomatlarının deportasiya edilməsi “məlum resept”ə uyğun olaraq əsaslandırıldı. Rəsmi Sofiyanı Bolqarıstanın milli mənfəətinə zərər verən “casus ovu”na son qoymağa çağırırıq”.
Qeyd edək ki, Bolqarıstan hökuməti iki rusiyalı diplomatı casus qalmaqalı səbəbindən ölkədən qovur. /konkret.az/
araz.az xəbər portalı.