Ermənistanın Vətənin Xilası Hərəkatı paytaxtın Baqramyan prospektindəki barrikadaları sökməyə başlayıb.
araz.az Turkustan.info-ya istinadən xəbər verir ki, yollara qurulmuş çadırlar hərəkatın qərargahının yerləşdiyi Dəmirçiyan küçəsinə köçürülüb. Bu küçədə parlamentin xidməti girişi yerləşir və müxalifət həmin hissəni bağlı saxlayacaq.
Erməni mətbuatının məlumatına görə, insanlar əşyalarını yığır, ərazidən texnikanı çıxarır. Bundan başqa hərəkat liderlərinin çıxışları üçün nəzərdə tutulmuş səhnənin də söküntüsünə başlanılıb.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/TyvpRJ2P0rE'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]
araz.az
araz.az xəbər portalı.