vaksin 3 e1616575669677

Dünya üzrə 124 milyona yaxın insanın yoluxduğu koronavriusun müalicəsi üçün dərman istehsal ediləcək.

araz.az xəbər verir ki, bu ilkə koronavirusa qarşı təsdiqlənmiş ilk peyvəndin istehsalçısı olan “Pfizer” şirkəti imza atıb. Artıq şirkət koronavirusun müalicəsində istifadə olunacaq dərman preparatının kütləvi istehsalına başlayacağını elan edib.

Preparat laboratoriya sınaqlarından uğurla keçib. O, virusun hüceyrələrdə çoxalmasının qarşısını alır. COVID-19-la yanaşı Hepatit C və İİV xəstəliklərinin müalicəsində də istifadə oluna bilər.

Xatırladaq ki, indiyə qədər koronavirusun müalicəsində spesifik dərman preparatı olmayıb. (cebhe.info)

araz.az xəbər portalı.