Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1185 yeni yoluxma faktı qeydə alınıb, 478 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
araz.az bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 249492 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 233834 nəfər müalicə olunaraq sağalıb, 3404 nəfər vəfat edib, aktiv xəstə sayı 12254 nəfərdir.
Ölkədə son sutka ərzində 8121 hazırkı dövrədək isə 2799101 test aparılıb.
araz.az xəbər portalı.