ERMENIORDUSU8

Rusiyanın “Kommersant” qəzetinin yazdığına görə Azərbaycan İrəvanın əsirlər, Bakının isə diversant kimi qələmə verdiyi Emənistanın 73 vətəndaşının 3 şərtin yerinə yetirilməsi müqabilində azad edəcəyini bildirib.

Birincisi, Ermənistan Dağlıq Qarabağdan silahlı qüvvələrini çıxartmalı, ikincisi, işğal altındakı Kərki kəndi boşaldılmalı və üçüncüsü, Qırmızı Bazardan Şuşaya gedən yol Azərbaycan ordusunun nəzarətinə verilməlidir. Əgər “Kommersant”ın iddiası doğrudursa, Xocalının və Şuşanın bütün kəndlərinin təhvil verilməsi də ikinci şərtə əlavə edilməlidir.

Elxan ŞAHİNOÖLİ,

Politoloq.

araz.az xəbər portalı.