susa34

Rusiyanın “Kommersant” qəzetinin yazdığına görə, Azərbaycan İrəvanın əsirlər, Bakının isə diversant kimi qələmə verdiyi Emənistanın 73 vətəndaşını 3 şərt müqabilində azad edəcək.

araz.az Pravda.az-a istinadən xəbər verir ki, bu məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu daha bir şərtin əlavə edilməsinin vacibliyini vurğulayıb: ““Kommersant”ın yazdığına görə, birinci şərt odur ki, Ermənistan Dağlıq Qarabağdan silahlı qüvvələrini çıxartmalı, ikincisi işğal altındakı Kərki kəndi boşaldılmalı, üçüncüsü isə Qırmızı Bazardan Şuşaya gedən yol Azərbaycan ordusunun nəzarətinə verilməlidir. Əgər “Kommersant”ın iddiası doğrudursa, o zaman Xocalının və Şuşanın bütün kəndlərinin təhvil verilməsi də ikinci şərtə əlavə edilməlidir”.

araz.az

araz.az xəbər portalı.