big 1616687630 mq1Bir  müddət əvvəl  Goranboy  Rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin  rayonun Xan Qərvənd kəndində  sakinlər və Şəhid ailələri ilə görüşdüyü barədə mediada məlumat yayılmışdı.

Xəbərdən məlum olurdu ki, icra başçısı kənd  sakinlərinin problemləri ilə maraqlanıb, kənd qəbristanlığında olub və Şəhidlər xiyabanını ziyarət edib. Məhərrəm Quliyev qəbirstanlıqda və ətrafında abadlıq işlərinin aparılması, şəhidlər xiyabanına gedən yolun asfaltlaşdırılması  üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını verib.

Bu gün redaksiyamıza  daxil olan məlumata görə, mərkəzi yoldan kənd qəbristanlığına  və Şəhidlər xiyabanına kimi olan 4 km yol çox yüksək səviyyədə  asfaltlanıb.

Şəhidlər Xiyabanında əsaslı təmir işləri aparılmış, ərazidə gül kolları əkilmiş, torpaqlarımızın bütövlüyü  uğrunda şəhid olmuş oğulların məzarlarının ətrafında səliqə-sahman yaradılmışdır.

Əlbəttə, bunların hamısı hər zaman şəhidlərimizə və onların ailələrinə dəyər verən cənab Prezidentimiz İlham Əliyevin göstərdiyi diqqətin bariz nümunəsidir. Onu da qeyd etməliyik ki, bu işdə cənab icra başçısı Məhərrəm Quliyevin, icra başçısının Xan Qərvənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi  Adil Şirinovun və kənd bələdiyyəsinin sədri Rövşən Cəlilovun təşəbbüsü və xidməti olub. Və bütün bunlar şəhid ailələri üçün bir təsəllidir. Allah şəhidlərimizə rəhmət eləsin.

​​​​​​​

 araz.az

araz.az xəbər portalı.