agac2 1170x878

“Bakının Nizami rayonu, “8-ci kilometr” adlanan ərazisində yaşıllıqlar məqsədli şəkildə məhv edilir”.

Bunu “demokrat.az”a ərazidə yaşayan sakinlər deyiblər.

Onlar bildiriblər ki, rayondakı Heydər Əliyev Parkı ərazisində əkilən onlarla ağacların yaxınlığında qanunsuz qazıntı işləri aparılır. Həmçinin ağacların köklərinə beton axıdılır.

Sakinlərin sözərinə görə, qazıntı zamanı ağaclara ciddi ziyan dəyib.

Sakinlər deyir ki, Nizami rayonu ərazisində ağacların məqsədli şəkildə məhv edilməsi faktı birinci hal deyil. Bundan əvvəl də ağacların məqsədli şəkildə məhv edilməsi ilə bağlı həm Nizami Rayon İcra Hakimiyyətinə, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilib. Ancaq sözügedən müvafiq qurumlar nədənsə baş verən qanunsuzluqlara göz yumurlar.

Nizami Rayon İcra Hakimiyyətinin təsərrüfatı şöbəsinin müdiri Tariyel Tahirov isə demokrat.az-a bildirib ki, məlumat həqiqəti əks etdirmir.

Onun dediyinə görə, Nizami rayonunda mövcud ağaclara və yaşıllıqlara qulluq göstərilməsi, onların vaxtında suvarılması məqsədi ilə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən bir neçə yerdə, o cümlədən sözügedən ərazidə də artezian quyusu qazılıb: “Yaşıllıq sahəsinə axıdılan maye isə beton deyil, əraziyə yeni qazılan quyudan axıdılan ilk sudur. Onun torpaq və gillə qarışığı beton görüntüsü verib. Quyudan gündəlik istifadədən sonra onun suyu durulacaq”.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/5IQq_Xf5KEM’ title=’YouTube video player'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube] [bt_youtube url=”‘https://www.youtube.com/embed/boi9VAQAARg'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube] [bt_youtube url=”‘https://www.youtube.com/embed/5IQq_Xf5KEM’ title=’YouTube video player’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.