Azərbaycan Cənubi Qafqaz ölkələri arasında qoruyucu maskadan istifadə fəallığına görə I yerdədir.
araz.az xəbər verir ki, bu barədə Sağlamlıq Göstəriciləri və Qiymətləndirilməsi İnstitutunun (Institute for Health Metrics and Evaluation) hesabatında bildirilib.
Sənədə əsasən, Azərbaycanda əhali arasında maskadan istifadə göstəricisi 78 % təşkil edir. Gürcüstanda bu göstərici 43 %, Ermənistanda isə 38 %-ə bərabərdir.
Araşdırmada dünyada maska rejiminə riayət etmək fəallığı üzrə orta göstəricinin 62 % olduğu qeyd olunub.
Göstəricilər xüsusi aerofotoçəkiliş texnologiyası vasitəsilə əldə olunub. /Report/
araz.az xəbər portalı.