kiyev

Ukrayna 20 milyon vətəndaşını itirə bilər.

araz.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ukraynalı siyasətçi, keçmiş deputat Yevgeni Murayev deyib.

Onun sözlərinə görə, müstəqillik illərində Ukrayna demoqrafik baxımdan böyük itkilərə məruz qalıb:

“İllik ölüm sayı 600 min təşkil edir, doğum sayı isə illik təxminən 300 mindir”.

Siyasətçi həmçinin ciddi emmiqrasiya məsələsinə də diqqət çəkib:

“Hazırda 10 milyon vətəndaşımız xaricdə çalışır. Təsəvvür edin ki, onlar iş tapanda öz ailələrini Ukraynadan aparacaqlar. Dərhal 20 milyon vətəndaşımız azalacaq”.

araz.az

araz.az xəbər portalı.