Dünən, baxar.az xəbər saytının yaranmasından 1 il ötdü. Yarandığı gündən qısa müddət keçməsinə baxmayaraq, inanılmaz uğurlara imza atan bu media orqanı, özünün çoxsaylı oxucularına da xoş təsir bağışlamayan nələrlə üzləşmədi?! Konkret desək, bu günədək 696643 nəfər oxucunun giriş etdiyi, ümumi səhifələnməsi isə, 4 milyondan artıq olan bu xəbər saytı, dəfələrlə, pis niyyətli kənar müdaxilələrə məruz qaldı və günlərlə fəaliyyət də göstərmədi. Bir sözlə, bir illik fəaliyyəti qovğalar cəngində və çətinliklər məngənəsində keçməsinə baxmayaraq, baxar.az, öz kollektivinin qətiyyəti və əzmkarlığı sayəsində, ölkə üzrə ən çox oxunan 60 xəbər saytından birinə çevrildi.
Elə, kollektivinin bu qətiyyətinə və əzmkarlığına görədir ki, baxar.az-ın adı, mətbuata maraq göstərən ölkə əhalisinin dilindən düşmür və qısa müddətdə hədsiz oxucu rəğbəti qazanıb. İnanırıq və tam əminik ki, baxar.az öz addımlarını tutduğu bu yolunda, əbədi olaraq, elə, belə bir inam və qətiyyətlə də, büdrəmədən atacaq!
Təbriklər, baxar.az!
Sənə bu xoş günündə, bir daha, mərdiməzarlardan uzaq mənalı illər, yeni-yeni yaradıcılıq uğurları, bolluca oxucu rəğbəti arzulayırıq!
Dərin həmkar hörməti və səmimi duyğularla,
“Araz” Media Qrupunun və araz.az xəbər portalının kollektivləri.
araz.az xəbər portalı.