bandicam 2021 03 27 21 21 58 767

Türkiyədə dünyasını dəyişmiş Azərbaycan vətəndaşı Nihad Əliyevin ailəsi açıqlama yayıb.
Açıqlamada mərhumun ailə üzvləri baş verən hadisə ilə bağlı onların kədərini bölüşən hər kəsə təşəkkürünü bildirib:

“Bildiyiniz kimi, ailəmizin üzvü Nihad Əliyev vaxtsız dünyasını dəyişib. Bununla bağlı kədərimizi bölüşən hər bir kəsə təşəkkür edirik. Bildirmək istəyirik ki, sosial şəbəkələrdə və bəzi mətbu qurumlarda yayılmış, guya mərhuma aid olduğu iddia olunan videolarda yer alan şəxslərin Nihad Əliyevə heç bir aidiyyatı yoxdur”.

 
“Bəzi düzgün olmayan məlumat və görüntülərin yayılmasında heç bir qərəz olmadığına inanır, bunun sadəcə yanlışlıqla tirajlandığını düşünürük. Bununla belə, kədərimizi nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və mətbuat nümayəndələrini həssas olmağa, bu məsələ ilə bağlı dəqiqləşdirilməmiş məlumatları yaymamağa çağırırıq”, – açıqlamada bildirilib.
Mərhumun ailə üzvləri sosial şəbəkə və bəzi mətbu orqanlarda yayılmış yanlış görüntülərin düzəldilməsi üçün Nihad Əliyevin fotosunu mətbuata təqdim edib.

Xatırladaq ki, Türkiyə mətbuatı hadisənin İstanbulun Beşiktaş rayonundakı otellərin birində baş verdiyini yazıb.
Bildirilir ki, Azərbaycan vətəndaşı olan 40 yaşlı Nihad Əliyev 3-ü qız olmaqla 6 nəfərlə birgə otelə gəlib. Oteldə olduqları zaman Nihad Əliyev üzərindəki tapançanı çıxararq başına dayayıb və içərisində mərminin olmadığını bildirib. Şahidlərin ifadələrinə görə, dostları ondan bu cür zarafat etməməsini istəyiblər və bu zaman atəş açılıb. Ağır yaralanan Nihad Əliyev xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb.
Onu da qeyd edək ki, bakupost.az vəfat edən şəxsin SOCAR prezidenti Rövnəq Abdullayevin dayısı oğlu olduğunu yazıb.
Bildirilir ki, Nihad Əliyev Rövnəq Abdullayevin dayısı Nüsrət Əliyevin oğludur. Nüsrət Əliyev də Neft Emalı Zavodunda Qaz sektorunun müdiridir.
 
 
araz.az

araz.az xəbər portalı.