ilqarmemmedov

“Ermənistanda iyunun 20-də keçirilən seçkilərdə Paşinyanı yıxa bilən tərəf tapılsa, bəzi xarici qüvvələr həmin tərəfi bizim hesabımıza mükafatlandırıb yerində möhkəmlətməyə çalışacaq. Azərbaycanda siyasi sabitsizlik yaratmadan bunu etmək çətin olacaq”.

Pravda.az-ın xəbərinə görə, bunu REAL Partiyanın sədri İlqar Məmmədov deyib.

Partiya sədri qeyd edib ki, hazırda partlayıcı mövzu və qırılma nöqtələri axtarışının getdiyinə heç şübhə yoxdur: “Məsələyə bu cür baxışım o demək deyil ki, hökumət bu dövr ərzində arxayın olub gəlib otursun başımızda. Məsuliyyətli siyasi davranış ilk növbədə onun öz üzərinə düşən vəzifədir”.

 

 

araz.az

araz.az xəbər portalı.