vasif6

Tanınmış həkim Vasif İsmayıl qəzaya düşüb. 

araz.az-ın xəbərinə görə, bu barədə V.İsmayıl özü məlumat verib.

Dünən axşam taksidə qəzaya uğradıq. Öndə oturmuşdum. Sürət 30-40 km/saat olardı. Asfalt sürüşkən… Birdən ən öndəki qırmızı “Jiquli” nədənsə dayandı. Ard-arda maşınlar bir-birinə girdi. Boynumda şiddətli ağrı və üzümdən axan istilik hiss etdim. Bir göz qırpımından belə qısa çəkmişdi. Ani zərbədən başım maşının tavanına dəyibmiş. Alnım və başım yarıldı. Kəmər taxma alışqanlığım olmasa, yəqin, başımla şüşəyə dəyəcəkdim. Bu qədər yavaş sürətdə… Kəmər taxın – həyat qurtarır!” – V.İsmayıl bildirib.\pravda.az/

Fotoları təqdim edirik

araz.az xəbər portalı.