kilse 2

Cəbrayılda tikilən erməni kilsəsi tarixi saxtalaşdırmaqdır. “Abidələrin Müdafiəsi Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılovun bu etiraz dolu sualı təsadüfi deyil.

araz.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə Real TV-nin hazırladığı reportajda bildirilib.

“Azad edilən ərazilərdə qarşımıza çıxan daha bir erməni təxribatı dini abidələrlə bağlıdır. Ermənilərin heç vaxt yaşamadıqları, hətta işğal zamanı belə dağıdıb tökdükləri ərazidə kilsə tikməsinin səbəbi bizə məlumdur. Bu ərazilərin məhz onlara məxsus olmasını gələcək nəsillərə, dünya ictimayətinə bu cür saxtakarlıqla təlqin etmək.

Lakin ermənilərlərlə onların başa düşdüyü şəkildə davranmağı bu 30 ildə yaxşı öyrənən Azərbaycan Qarabağdakı saxta erməni izlərini silməyin də yollarını yaxşı bilir.

Bura Cəbrayıl rayonudur. 2017-ci ildə iki daşın arasında burada Müqəddəs Məryəm kilsəsinin açılışı edilib. Sırf bu ərazilərə xristian əhalinin yaşamasına dair faktlar, dəlillər toplamaq məqsədilə tikilmiş kilsə ermənilərin işğal zamanı ərazilərimizdə tikdiyi ilk kilsə deyil.

Ermənistan ərazisində Azərbaycan abidələrinin vəziyyəti ilə bağlı bir qurub ziyalının UNESKO-ya müraciəti o deməkdir ki, Azərbaycan öz torpaqlarına sahib çıxıb, onu qoruduğu kimi, tarixi abidələrini də vandallığa qurban verməyəcək. Ermənilərə göz dağı olan bu abidələrin hazırkı vəziyyəti heç də ürəkaçan deyil. Ziyalılar bu müraciətin nəticə verəcəyindən ümidlidirlər.

Qeyd edək ki, azad edilmiş ərazilərdə mədəni abidələrimizə qarşı erməni saxtakarlığı, həmçini onlar tərəfindən dağıdılmış tarixi obyektlərin araşdırılması üçün yaradılmış komisiyanın Qarabağa növbəti səfəri nəzərdə tutulub. Bu səfər çərçivəsində Laçın, Kəlbəcər ərazilərinə yerləşən mədəni abidələr araşdırılacaq”, – qeyd olunub.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/BnqoMGrjhzk’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

 

araz.az

araz.az xəbər portalı.