1522496075_1522493569mil.jpg

Erik Finman 12 yaşında olarkən müəllimlərinin mənfi münasibətlərindən və davranışlarından bezdiyi üçün ailəsi ilə bir razılığa gəlib. 18 yaşına çatdıqda öz sərmayəsi ilə 1 milyon dollar qazandığı halda, ailəsindən universitetə getməmə sözü alıb. Valideynləri əvvəlcə bu təklifi rədd etmiş, amma oğullarının əlindəki pulu yaxşı qiymətləndirdiyini gördükdən sonra iddianı qəbul edib.

Finman 12 yaşında ailəsinin verdiyi 1000 dollar pulu rəqəmsal pul vahidi Bitkoinə çevirib. 2011-ci ildə dəyəri vahid başına 12 dollar olan Bitkoindən təxminən 100 ədəd alan Erik Finman iki ildə varlığını 100 dəfə artıraraq ilk uğuru qazanır.
2013-cü ildə 1200 dollara qalxan Bitkoinlərini 100 min dollardan çox pula satan Finman “Botangle” adlı şirkəti, özü kimi müəllimlərindən və təhsildən məmnun olmayan şagirdlər üçün qurur. Bu işə 100 min dollar pul sərf edir. “Botangle”-nin gördüyü maraq qarşısında işini böyütmək istəyən Finman risk kapitalını tapmaq üçün texnologiyanın qəlbi Silikon Vadisinə yolunu tutmağa qərar verir.
Silikon Vadisində tanış olduğu ilk insanlardan biri isə məşhur məzmun bölgü platformu “Reddit”-in banisi Aleksis Ohanian olur. Gənc sahibkar bu dövrdə yaşadığı ən böyük çətinliyin 15 yaşında olduğu üçün ciddiyə alınmamaq olduğunu bildirir. Hətta yüksək səviyyəli bir Uber rəhbəri özünün cəsarətini qırmaq və təşəbbüsünü işə yaramaz kimi göstərmək üçün xeyli səy göstərmişdir. Finman yenə də əl çəkməyərək 2015- ci ilin Yanvarında “Botangle” texnologiyasını 100 min dollar və ya 300 Bitkoin qarşılığında (60 min dollar) almaq istəyən birini tapır.

Erik Finman dollardan daha çox pul almaq əvəzinə vahid qiyməti 200 dollara enən Bitkoin təklifini qəbul edir. Finman ailəsi başda olmaqla daha çox pulu qəbul etməməsi ilə bağlı tənqidləri təklifi satışdan çox investisiya olaraq gördüyünü deyərək cavab verir. Həmin gün aldığı 300 min Bitkoinə digər investisiyaları ilə birlikdə 103 daha əlavə etməyi bacaran Erik Finmanın sərmayəsiBitkoinin qiymətinin 2500 dolları keçməsiilə milyon dolları aşdı. Dünyaca məşhur media təşkilatçılığı TED-in London panelinə natiq olaraq qatılan Erik Finman təşəbbüslərini davam etdirir. Erik Finman hazırda NASA-nın yeni raket atma layihəsi “Elana” proqramında məsləhətçi kimi çalışır.metbuat.az

araz.az xəbər portalı.