WhatsApp Image 2021 03 29 at 12.59.45 1Azərbaycan Mətbuat Şurası “Media Defense” hüquq müdafiəsi təşkilatına, bu qurumun Ermənitsan vətəndaşı olan jurnalistləri adından Avropa Məhkəməsində Azərbaycana qarşı iddia qaldırması ilə bağlı müraciət ünvanlayıb. Mətbuat Şurasından araz.az-a da daxil olan həmin Müraciətdə bildirilib:

“Media Defense” hüquq müdafiəsi təşkilatı, Ermənitsan vətəndaşı olan dörd şəxsin adından Avropa Məhkəməsində Azərbaycana qarşı iddia qaldırıb. İddiada bildirilir ki, oktyabrın 1-də Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunu (Martuni yazılıb) bombardman ediblər. Bunun nəticəsində, ərazidə olan üç jurnalist yaralanıb. Onlara bələdçilik edən şəxs isə, ölüb. “Media Defense”ə müraciət edənlərdən üçü jurnalist, biri isə, həyatını itirmiş şəxsin qardaşıdır.

Dağlıq Qarabağda hərbi əməliyyatlar gedişində Azərbaycan Silahlı Qüvvələri tərəfindən, guya, beynəlxalq hüququn normalarının pozulduğunun, jurnalistlərə hücumların adi xarakter aldığının, onların peşə fəaliyyətlərinə maneələrin yaradıldığının önə çəkildiyi məhkəmə iddiasında eyni zamanda bildirilir ki, ölkəmiz İnsan Haqları üzrə Avropa Konvensiyasının tələblərini heçə sayıb.

Bununla əlaqədar olaraq bildiririk ki, Ermənistanın Martuni adlandırdığı Xocavənd rayonu Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Rayon otuz ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal altında saxlanılıb. Onun əhalisi olan azərbaycanlılar özlərinin doğma yurdlarından, evlərindən qaçqın düşmüş vəziyyətdə ömür sürüblər. Ötən müddətdə azərbaycanlıların malik olduqları təməl hüquq və azadlıqlara etinasız yanaşılıb. Azərbaycan Silahlı Qüvvələri isə, İkinci Qarabağ Müharibəsi zamanı bu ədalətsizliyə son qoyub, digər işğal olunmuş ərazilərlə yanaşı, Xocavənd üzərində də nəzarəti təmin edib.

Xocavənd rayonu beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisidir. Bu əraziyə səfərlər, o cümlədən jurnalist səfərləri Azərbaycan tərəfi ilə razılaşdırılmalı idi. Təəssüf ki, həm müharibədən əvvəl, həm də müharibə müddətində bu tələbə əməl olunmayıb, ora xaricdən və Ermənistandan çoxsaylı jurnalist səfərləri təşkil edilib.

Belə bir durumda media təmsilçilərinin təhlükəsizliyinin təminatı ilə bağlı məsuliyyət Ermənistanın üzərinə düşür. Ermənistan isə, otuz ilə yaxın zaman kəsiyi ərzində Azərbaycan torpaqlarını işğalda saxlayaraq, beynəlxalq hüququn tələblərini saymadığı kimi, əraziyə qanunsuz jurnalist səfərləri təşkil etməklə də, həmin hüquq və prinsiplərə münasibətdə aşkar etinasızlıq nümayiş etdirib. Təsadüfi deyil ki, Azərbaycan Mətbuat Şurası 9 oktyabr 2020-ci il tarixində Dağlıq Qarabağa xaricdən jurnalist səfərləri ilə bağlı bəyanat yaymışdı. Həmin sənəddə Azərbaycanın razılığı olmadan bölgəyə jurnalist səfərlərinin həyata keçirilməsinin yolverilməzliyi, Ermənistanın bilərəkdən jurnalistlərin həyatlarını təhlükəyə atdığı, məsələni manipulyasiya predmetinə çevirdiyi vurğulanıb. Bəyanat dünyanın aparıcı media vasitələrinə və jurnalist qurumlarına, o cümlədən hüquq-müdafiə təşkilatlarına təqdim edilib.

Onu da vurğulamaq istərdik ki, 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam etmiş İkinci Qarabağ Müharibəsi zamanı da, Ermənistan Respublikası nəinki Qarabağa qanunsuz jurnalist səfərləri təşkil etmişdi, habelə bu ölkənin Silahlı Qüvvələri tərəfindən özlərinin peşə borcunu yerinə yetirən istər yerli, istəsə də xarici media təmsilçilərinə qarşı hücumlar olmuşdu.

Xatırladırıq ki, Mətbuat Şurası 19 oktyabr 2020-ci il tarixində Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) çəkiliş qrupunun Ağdam rayonu ərazisində atəşə tutulması ilə bağlı beynəlxalq media qurumlarına müraciət ünvanlayıb. Şura oxşar müraciəti “Euronews” telekanalının çəkiliş qrupunun Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması ilə əlaqədar da edib. Təəssüf ki, bütün bunlar baş verərkən, “Media Defense” hüquq müdafiəsi təşkilatı yalnız susmaqla kifayətlənib.

Azərbaycan Mətbuat Şurası yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Media Defense” hüquq müdafiəsi təşkilatının İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan tərəfindən, guya, jurnalist hüquqlarının pozulması, onların sərbəst fəaliyyətinə maneçilik törədilməsi ilə bağlı ölkəmizə qarşı Avropa Məhkəməsində qaldırdığı iddianı qərəzli, qeyri-obyektiv, birtərəfli yanaşmanın, həqiqətləri aşkara çıxarmaq yox, siyasi məqsədləri reallaşdırmaq niyyətlərinin nəticəsi kimi qiymətləndirir. Şura “Media Defense” hüquq müdafiəsi təşkilatının erməni lobbi və diasporunun xətti ilə, bəlli ermənipərəst siyasi dairələrin təsiriylə ortaya atılmış bu sayaq oyunlarda iştirakından təəssüfləndiyini bildirir.

Sıralarında Azərbaycanın müstəqil media qurumlarını birləşdirən Azərbaycan Mətbuat Şurası ümid edir ki, “Media Defense” qeyd edilənləri nəzərə alacaq, özünün ədalətsiz yanaşmaya əsaslanmış himayəçilik mövqeyinə yenidən baxacaqdır. Çünki bu mövqe söz və ifadə azadlığının, jurnalist fəaliyyətinin sərbəstliyinin təmin edilməsinə dəstək yox, aşkar tərəfkeşlikdir, beynəlxalq hüququn norma və prinsiplərinə açıq sayğısızlıq niyyətlərinin gerçəkləşməsinə xidmətdir”.

                                                                     ***

TO “MEDİA DEFENCE” HUMAN RİGHTS ORGANİSATİON

“Media Defence”, a London-based British human rights organisation, has filed a lawsuit against Azerbaijan in the European Court of Human Rights on behalf of four Armenian citizens. The lawsuit claims that on October 1, the Azerbaijani Armed Forces bombed the Khojavend region (called Martuni by Armenians). As a result, three journalists in the area were injured. The person who guided them died. Three of the ‘Media Defence’ applicants are journalists and one is the brother of the deceased.
The claimant brought by the applicants alleges that during the military operations in Nagorno-Karabakh, the Azerbaijani Armed Forces violated the norms of international law, attacks on journalists became commonplace, and that such attacks obstructed their professional activities.
In this regard, we state that the Khojavend region, which Armenia calls Martuni, is an integral part of the Republic of Azerbaijan. The region has been occupied by Armenia for about thirty years. Azerbaijanis who formed its population have lived as refugees, away from their native lands and homes. In the past, the basic rights and freedoms of Azerbaijanis were blatantly ignored. During the Second Karabakh War, the Azerbaijani Armed Forces put an end to this injustice and established control over Khojavend, along with other occupied territories.
Khojavend region is the territory of Azerbaijan according to international law. Visits to this area, including journalistic visits, had to be agreed with the Azerbaijani side. Unfortunately, this requirement was not followed both before and during the war, and numerous journalistic visits from abroad and Armenia were organised there.
In this case, the responsibility of ensuring the security of media trips is incumbent upon Armenia. Armenia, on the other hand, had been occupying Azerbaijani lands for nearly three decades and has shown a clear disregard for those rights and principles by organizing illegal journalistic visits to the territory, as well as ignoring the requirements of international law. It is no coincidence that on October 9, 2020, the Press Council of Azerbaijan issued a statement on journalistic visits to Nagorno-Karabakh from abroad. The document stressed the inadmissibility of journalistic visits to the region without the consent of Azerbaijan, that Armenia deliberately endangered the lives of journalists and turned the issue into a subject of manipulation. The statement was presented to the world’s leading media and journalists, as well as human rights organisations.
We would also like to emphasise that during the Second Karabakh War, which lasted from September 27 to November 10, 2020, the Republic of Armenia not only organised illegal journalistic visits to Karabakh, but also the Armed Forces of this country endangered the lives of those who were performing their professional duties during the military campaign. There were also attacks on foreign media representatives.

We remind that the Press Council addressed an appeal to international media organisations regarding the shooting of the film crew of the Azerbaijani Television and Radio Broadcasting Closed Joint-Stock Company (AZTV) in the Aghdam region on October 19, 2020. The Council also made a similar appeal in connection with the attack on the film crew of Euronews by the Armenian Armed Forces. Unfortunately, when all this happened, the human rights organisation Media Defence was content to remain silent.
Taking into account the above-mentioned, the Press Council of Azerbaijan regards the lawsuit filed by “Media Defence” in connection with the alleged violation of the rights of journalists and obstruction of their free activities during the Second Karabakh War, as biased, one-sided and non-objective and as an attempt to serve political ends whilst ignoring the sacred duty of uncovering the truth. The Council regrets the participation of the “Media Defence” human rights organisation in these games, which were initiated by the Armenian lobby and the diaspora, under the influence of certain pro-Armenian political circles.
The Press Council of Azerbaijan, which unites Azerbaijan’s independent media outlets, hopes that “Media Defence” will take this into account and reconsider its position of patronage based on an unfair approach. Because this position does not serve the freedom of speech and expression or freedom of journalistic activity as such, such a position amounts to taking a side and it is clearly predicted on the premise which disregards the norms and principles of international law.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.