AFB Bank” “Banklar haqqında” qanunun tələbini kobud şəkildə pozur.
araz.az-ın xəbərinə görə, tələbin pozuntusunu Index.az aşkarlayıb.
Bankın rəsmi saytında yer alan məlumatlara əsasən, Müşahidə Şurasında iki nəfər təmsil olunub. Müşahidə Şurasının sədri Elnur Qurbanovdur, Viladi Maniyev isə üzvdür.
Halbuki, “Bankın haqqında” qanuna əsasən, bankların Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyətinin üzvlərinin sayı 3 nəfərdən az olmamalı və tək sayda olmalıdır.
İdarə Heyətində də iki üzv yer alıb. Orxan Xubanlı sədrdir, onun müavini isə Lalə Quliyevadır.
Məsələ ilə bağlı “AFB Bank”dan Index.az-ın sorğusuna cavab verilmədi.
araz.az xəbər portalı.