azerbadamov56

Atalar sözləri real həyatdan götürülüb. İnsanların başına gələn hadisələri ağsaqqallar görüb və deyiblər. Həmin səhvlərin yenidən təkrar edilməməsi üçün kimsə bir səhv yola düşəndə o insana atalar sözləri xatırladılır. Və həmin yoldan geri dönmək məsləhət görülür. Məsələn, belə bir atalar sözü var: Keçinin başı gicişəndə buynuzunu çobanın çomağına sürtər. Əslində, bu atalar sözünü separatçı Arutunyana ünvanlamaq istəyirəm.

Son günlər axmaq Arsax ifadəsinin işlətdiyini, rus dilini ikinci dövlət dili kimi qəbul edilməsini, separatçı rejimin ordusu və s.- belə özündən yekə fikirlər səsləndirdiyini müşahidə edirik. Bu axmaqlıdır, ay Araik! Yaxşı bilirsən ki, Rusiya Prezidenti Putin də Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu dəfələrlə sənə xatırladıb. Hətta ora rus sülhməramlıları da Azərbaycanın razılığı ilə gəlib. Sənin ağalıq etdiyin ərazimizin gələcəyinin də bizimlə olduğu sənə və sənin ətrafdakılarına məlumdur. Siz orada 30 ildə edə bilmədiklərinizi indi yaratmaq istəyirsiniz? Təbii ki, bütün bunlar axmaq düşüncələrdir. Arada bir Nikoldan kommunikasiyaların açılması, sərhədlərin tanınması, qonşuluq münasibətlərinə keçilməsi kimi ağıllı fikirlər də eşidirik. Əlbətdə, bu fikirlər Nikolun tam ağılsız olmadığını göstərir. Nikol yaxşı bilir ki, 10 noyabrda imzalanmış üçtərəfli bəyanatdan çıxmaq Ermənistan üçün intihara bərabərdir. Nikol Dəmir yumruğun zərbəsini yadından çıxarmayıb və indi Dəmir yumruğun qüvvəsinin daha çoxaldığını bilir. Sadəcə Nikolu da ətrafdakılar istədiyi kimi hərəkət etməyə qoymur. Biz səni də başa düşürük. Qonşuluq münasibətlərinin yaradılmasından danışanda hakimiyyət davasını çəkənlər küçələrdə sülənir və sənə imkan vermir. Bütün bunlar başa düşüləndir. Amma sən öz büdcəsində olmayan və güclə çörəyini yeyən ermənilərin boğazından kəsib, 200 milyon dollar separatçılara ayıracağını necə deyə bilirsən?

Düzdür, bu da başa düşüləndir. Çünki qarşıdan seçki gəlir. Sən də müəyyən insanların könlünü almalısan. Öz fəndlərindən istifadə etməlisən. Amma Araik qaça-qaça yanına gələndə ən azından gizlin də olsa, onun başına ağıl qoya bilərsən. 44 günlük Vətən müharibəmizdən əvvəl sən də belə səhvlərə yol verirdin. Bizimlə zarafat etmək olmaz. Belə təxribatçı əməllərin axırının nə ilə bitəcəyinin şahidi olmusunuz. Nə qədər gec deyil Araiki öz təxribatçı əməllərindən çəkindirin. Oralar Azərbaycanın əraziləridir. Bütün özbaşınalıqlarınız müvəqqətidir. Sizin oralarda tikdirdiyiniz bütün yerlər bizim işimizi yüngülləşdirir. Çünki biz qayıdanda onsuz da oraları da yenidən quracagıq. Sizin əsarətinizdən azad olunmuş ərazilərimizi necə cənnətə çeviririksə gözünüzün önündədir. Səhv yollardan çəkinib nə qədər tez birgə yaşayışa qayıtsanız, həm də sizin xeyrinizədir. Çünki adam kimi yaşamaq şansınız yaranıb. Şansınızı buraxmayın.

Azər BADAMOV.

Milli Məclisin deputatı

araz.az xəbər portalı.